Hacı Məhərrəm Fondun işini öz adına çıxır: “Qurtuluş”dakı 3 saylı məktəb Nazirə tabe deyil?backend

Abşeron rayonunun Masazır qəsəbəsindəki “Qurtuluş – 93” yaşayış kompleksində yerləşən 3 saylı tam orta məktəb təşkilati-hüquqi formasına görə özəl təhsil müəssisəsi deyil, dövlətə məxsus olsa da, əslində kompleksin sahibkarı, naxçıvanlı iş adamı Hacı Məhərrəm Novruzov tərəfindən idarə olunur. Yeri gəlmişkən, cumhuriyyet.az-a daxil olan məlumata görə,  bu məktəb Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa edilsə də Məhərrəm Novruzov hər yerdə məktəbi öz hesabına tikdirdiyini bildirir. Bəlkə də Hacı haqlıdır. Çünki elm və Təhsil Nazirliyinin sözügedən məktəbə heç bir səlahiyyəti keçmir.

Məlumata görə, məktəbin direktoru Xəyalə Mustafayeva bir il əvvəl Hacı Məhərrəm tərəfindən hazırki vəzifəsinə yerləşdirilib və məktəb faktiki olaraq direktorun “əkə-bikə” müavini Fəxrinisə Əhmədova tərəfindən idarə olunur. O isə məktəbdə belə bir qayda qoyub. Təqvimdə hansı rəqəmlər qırmızıdırsa (nə ilə əlamətdar olduğu bilinməsə belə), hamı direktoru təbrik etməli, 30-dan, 50-dən, 100-dən (manat) kimin nəyə gücü çatır, verməlidir. Yoxsa, direktor mənim günümü qara eləyər. Eyni zamanda mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə,3 saylı məktəbdə birinci siniflər 28 nəfər şagirddən komplektləşdirilməli olduğu halda, Mətanət müəllimənin sinfində adı başqa siniflərdə gedənlərlə birgə 40-a yaxın şagird oturur. Bütün yaxşı hesab olunan müəllimlərin siniflərində vəziyyət belədir. Zəif hesab edilən müəllimlərin siniflərində isə orta hesabla 15 şagird olur, digərlərinin adları bir sinifin jurnalında getsə də, özləri başqa sinifdə “yaxşı müəllimdən” dərs alırlar.

Məlumatda qeyd olunur ki, valideyn öz uşağına belə imtiyaz qazandırmaq üçün məktəbin direktor əvəzi Xəyalə Hacıyevaya 300 manat pul verməlidir. Təşkilatçı işləyən Məleykə xanım heç bir pedaqoji ixtisası olmadığı halda iki sinifin qeyri — qanunu sinif rəhbəridir. Direktor müavinlərinin də hərəsi iki sinifin qeyri — qanuni sinif rəhbəridirlər. Direktor müavini Əhmədova Fəxrənisə hamıdan tələb edir ki, kim dərslərinin cədvəldə ardıcıl düşməsini istəyirsə, 100 manat verməlidir. Acınacaqlı vəziyət odur ki, bunu pedeqoji şurada direktorun yanında acıq aydın elan edib. Xəyalə xanım dərs ilinin sonunda bütün XI sinif şagirdlərindən 200 manat pul yıgdı. Hələ attestatı yazmaq ucun yığılan pullar bir yana. Evdə təhsilə labarant göndərilir, pul müəllimə yazılır, alınıb laborantla bölünür. Kecən tədris ilində dəfələrlə direktor müavinləri arasında düşən davaya görə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat gedib.