Hacı Nizam “Mir Mövsüm Ağa ziyarətgahı”nı biznes mərkəzinə çevirib – ŞİKAYƏTbackend
“Yeni Gündəm” xəbər verir ki, bu barədə tanınmış fəal Elyar İslamoğlu şərh yazıb: “Mir Mövsüm Ağa ziyarətgahına getmək istəyənlərin diqqətinə
Qohumlar Mirmövsüm ağa ziyarətgahına qurbanlıq aparıblar. Hacı Nizam adlı şəxs aparılan qurbanlığı orda kəsməyə icazə verməyib. Səbəb kimi isə deyib ki, burada yalnız ziyarətgahda saxlanılan qoyunlar qurban kəsilə bilər.
Üstəlik də bu hacı qanun qoyub ki, ziyarətgahda yalnız 8 aylıqdan yuxarı 10 kq-dan çox olan heyvanı qurban kəsmək olar. Ziyarətgahda satılan heyvanlar isə çox baha qiymətədir. Həmin şəxsin danışığını da eşitdim, hacıya layiq danışıq deyildi, ziyarətçilərlə kobud danışırdı. Mir Mövsüm Ağa ziyarətgahını biznes obyekti kimi işlədilməsini bir neçə dəfə eşitmişdim, amma bu qədərini də bilmirdim. Orda kəsilən qurbanlıqların kəllə, dırnaqlarını, iç orqanlarını, qarınını, dərisi və yununu sonradan satılır, hətta xaricə belə göndərilir. Amma qurban kəsmək istəyən niyə mütləq ziyarətgahdan baha qiymətə qurban almalıdır, onu anlaya bilmədim.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – Bakı şəhəri üzrə şöbə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, bu məsələyə zəhmət olmasa aydınlıq gətirin.”