“Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə qarşı əsassız ittihamların səsləndirilməsini kökündən yanlış hesab edirəm”.
“Yeni Gündəm” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli son günlər şeyxlə bağlı gedən müzakirələrə münasibət bildirirkən deyib.
O bildirib ki, Allahşükür Paşazadə hər zaman Azərbaycan dövlətçiliyinin və İslam birliyinin müdafiəçisi olub:
Din xadimi fətva məsələsinə də toxunub və qeyd edib ki, bu siyasi deyil, dini bir anlayışdır:
“Azərbaycanın haqlı mövqeyinə dəstək verən bir fətva, bizim mübarizəmizin yalnız beynəlxalq hüquq baxımından deyil, dini-mənəvi baxımdan da ədalətli olmasının ifadəsidir. Hacı Allahşükür Paşazadəyə qarşı əsassız ittihamlar irəli sürənlər onun hansı cəsarətlə 20 yanvar hadisələrində imperializmə qarşı dayandığını, xalqımızın mənafeyini qorumaq üçün mətin mövqe tutduğunu, çoxmillətli və çoxkonfessional ölkəmizdə dini və milli birliyin təmin olunmasında zəhmətini unutmamalıdır”.