Hacı Şahin ilə vida mərasimi keçirilir – CANLI YAYIMbackend

Hazırda Məşədi Dadaş məscidində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.

O, Məşədi Dadaş məscidində axund olduğu üçün vida mərasimi burada keçirilir.

Onun harada dəfn olunması barədə ailəsi qərar verəcək.

Qeyd edək ki, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.

Bakutv-nin canlı yayımı təqdim edirik: