Hacıqabul rayon sakinindən yarım kiloqrama yaxın narkotik vasitə götürülübbackend

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rəsul Baxşıyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan “Yeni Gündəm”-in bölgə müxbirinə verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 480 qram olan narkotik vasitə – marixuana aşkarlanıb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.