Hacıqabulda 13 yaşlı qız dəm qazının qurbanı oldubackend

Hacıqabulda 13 yaşlı qız dəm qazından boğularaq ölüb.

“Yeni Gündem”in məlumatına görə, hadisə Meyniman kəndində baş verib.

Bekə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Muradova Samirə Şamil qızı yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənib.

Ailə üzvləri tərəfindən huşsuz vəziyyətdə aşkar edilən S.Muradova xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.