Hacıqabulda iki yaşlı türkiyəli uşaq ölübbackend

Hacıqabul rayonunda Türkiyədən olan iki yaşlı uşaq ölüb.

Hadisə ötən gün axşam saatlarında rayonun Nəvahi kəndində baş verib.

Belə ki, Türkiyə vətəndaşı, 2022-ci il təvəllüdlü Damla Rəhimoğlunun həkiməqədər ölüm faktı qeydə alınıb.

Üzərində heç bir zorakılıq əlaməti aşkar olunmayan uşağın pnevmaniyadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır./Report