Hacıqabulda “patı” əməliyyatı – FOTObackend

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı əməliyyatlar davam edir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Yeni Gündəm”-ə verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri – Ələm İbrahimov və əvvəllər məhkum olunmuş Elvin Zərbaliyev saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan “patı” və “şüşə” adlanan psixotrop maddə – metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.