“Hadrutdakı məğlubiyyətdən sonra erməni ordusunun müqavimət potensialı tükəndi…”backend
Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində Hadrut ərazisi işğalçı Ermənistan ordusu üçün əbədi məzarlığa çevrildi…
Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi Cəbrayıl rayon mərkəzinin və bir sıra kəndlərin erməni işğalından azad edilməsindən sonra həyata keçirilən əməliyyat nəticəsində mümkün oldu. Hadrutun azad edilməsi Azərbaycan Ordusunun Vətən Müharibəsində imza atdığı çox uğurlu hərbi əməliyyatlardan biridir. Qəsəbənin azad edilməsi əməliyyatından əvvəl Azərbaycan Ordusunun hissə və bölmələri Hadrut ətrafında yerləşən hakim yüksəklikləri erməni silahlılarından azad etdi. Hadrut ətrafında yerləşən yüksəkliklərdən isə Hadrut tam müşahidə altına düşdü və faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi. Bundan sonra Hadrut qəsəbəsində qalan mülki ermənilərin ziyan görməməsi şərtilə ərazi düşməndən təmizləndi. Hadrutun azad eilməsi üzrə döyüş əməliyyatı Azərbaycan Əsgərinin mülki əhaliyə nə qədər həssaslıqla yanaşması və heç vaxt mülki əhaliyə qarşı müharibə aparmadığını sübut edən döyüşlər kimi yaddaşlarda qaldı. Azərbaycan Ordusu ermənilərdən fərqli olaraq, müharibə dövründə yalnız hərbi birləşmələrə qarşı müharibə apardı, onları məhv edərək torpaqlarımızdan qovdu.
Hadrut qəsəbəsinin işğaldan azad edilməsi mühüm əhəmiyyətə malik idi. Cəbrayıl rayon mərkəzinin, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad, Şıxəli Ağalı, Sarıcalı və Məzrə kəndlərinin azad edilməsi, Azərbaycan Ordusunun Qarabağdakı qondarma qurumun sərhədləri daxilində olan Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik idi.
Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut Əslində Ermənistan Ordusu Azərbaycanın hücumunu Fizuli istiqmətindən gözləyirdi, cünki Müharibənin ilk günlərindən Ordumuz Füzuli rayon mərkəzinin 3 kilometrliyinə qədər irəlləyə bilmişdi. Ordumuzun bölmələri düşməni Füzuli istiqamətində daha çox qüvvələr saxlamağa məcbur etməklə, növbəti əsas zərbəsini Cəbrayıl-Hadrut istiqamətindən endirdi. Hadrutun düşməndən azad edilməsi isə Füzuli rayon mərkəzi istiqamətində hücum üçün münbit şərait yaratdı.
Müstəqilliyimiz dövründə ilk dəfə Azərbaycan Əsgərinin ayağı oktyabrın 9-da Hadrut torpağına dəydi. Ermənistan ordusu Hadrut qəsəbəsini təkrar işğal etmək üçün üç dəfə əks hücuma cəhd etsə də, qəhrəman Ordumuz tərəfindən bu cəhdlərin qarşısı qətiyyətlə alındı və düşmən hər dəfə  məğlubiyyətə məruz qaldı. Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində Ermənistan ordusunun əks hücuma cəlb etdiyi xüsusi təyinalı bölmələri üçün Hadrut ərazisi məzara çevrildi. Hadrut qəsəbəsinin azad edilməsi həm Ermənistan ordusunun cənub istiqamətində olan müdafiə zolağının tamamilə darmadağın edilməsi, həm də 2-ci, 3-cü eşalon və ehtiyat bölmələrinin döyüş qabiliyyətini itirməsi ilə nəticələndi.
Hadrut qəsəbəsinin azad edilməsi, Azərbaycan Ordusunun yalnız ətraf rayonları deyil, paralel olaraq Qarabağın dağlıq hissəsinin işğaldan azad etməkdə qərarlı olduğunu nümayiş etdirdi.
Hadrutun itirilməsi Ermənistan cəmiyyətində narazılıqları artıracağı şübhəsiz idi. Buna görə də Ermənistan rəhbərliyi, Müdafiə Nazirliyi, digər rəsmi qurumlar və Peqov tipli ələbaxan xarici media nümayəndələri, Hadrut qəsəbəsinin Azərbaycanın nəzarətində olduğu halda, erməni xalqını uzun müddət aldatmaqda  davam edirdilər. Peqovun daha əvvəl Hadrutda çəkdiyi kadrlarını paylaşanlar, Hadrutun mərkəzində Azərbaycan Bayrağını görəndən sonra da reallıqları etiraf etmirdilər.
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi və müharibə zamanı əsas rəsmi məlumat mənbəyi olan Artsrun Hovhannisyan oktyabrın 21-də “Facebook” səhifəsində yazırdı: “Hərbi qurumlar Azərbaycan Prezidenti İlham Əliyevi aldadırlar. Gah Hadrutu ələ keçirirlər, gah da başqa yeri”. Artsrun Hovhannisyanın 3 noyabr tarixli brifinqi zamanı təqdim etdiyi xəritədə isə Hadrut hələ də döyüşlərin davam etdiyi ərazi kimi göstərilirdi.
Yalnız 29 noyabrda Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində məğlubiyyətlərini qismən etiraf etdi: “Cəbrayıl, Hadrut, Füzuli və Talışa bitişik bir neçə kənd itirilib”.
Bu günə qədər də Arsrun Hovhanisyan Hadrutun Azərbaycan tərəfindən azad edilməsini təkzib edən yalan məlumatlarına aydınlıq gətirməyiblər. Peqovun da yalı kəsiləndən sonra zingiltisi eşidilmir.
Hadrutun azad edilməsi ilə Ermənistan ordusunun itkilər də çoxaldı. İki həftə ərzində 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 REM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 S-300 qurğusu, 25 “Osa”, 2 “Kub” zenit raket kompleksi, 4 “Repelent” radio-texniki manea vasitəsi, 136 top, 56 minaatan, 1 TOS 1a odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 “Kalçuqa” anteni itirən düşmən əks hücum imkanı ilə bərabər müdafiə olunmaq qabiliyyətini də itirməyə bşladı.
Hadrut uğrunda döyüşlərdə Ordumuz 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşınını qənimət kimi ələ keçirdi, onlardan sonrakı döyüşlərdə düşmənə qarşı istifadə edildi.
Hadrutdakı məğlubiyyətdən sonra Ermənistan ordusunun müqavimət potensialı tükənməyə başladı, bu isə Azərbaycan Ordusunun hücum əməliyyatlar zolagını kifayət qədər genişləndirməsi ilə nəticələndi. Cəbrayıl, Füzuli və Xocavənd rayolarının ərazisində hücum templərini artıran Ordumuz çox sayda kəndləri işğaladan azad edərək qüvvələrin bir hissəsini Şuşaya tərəf istiqamətləndirdi. Şuşa əməliyyatının uğurla həyata keçirilməsi üçün Hadrut azad edilməli idi. Başqa sözlə desək, Şuşaya gedən yol Hadrutdan keçirdi. Hadrutun azad edilməsi üzrə Ordumuzun həyata keçirdiyi əməliyyat, müasir döyüş əməliyyatları kateqoriyasına aiddir. Döyüşlərdə quru qoşunları Hərbi Hava Qüvvələrinin pilotlu/pilotsuz vasitələri və artilleriya qoşunları ilə mükəmməl qarşılıqlı əlaqədə vəzifələrini icra ediblər. Hadrutun azad edilməsində Azərbaycanın xüsusi təyinatlı qüvvələri xüsusilə fərqləndilər. Ermənistan ordusu isə Hadrutda döyüşə yararlı tankı işlək vəziyyətdə qoyub, unitazı aparması ilə adını dünya hərb tarixinin qara səhifəsinə yazdırdı.
Hadrutun azad edilməsinin əsas siyasi -hərbi əhəmiyyəti aşağıdakılardan ibarət oldu:
Ermənilərin qeyd şərtsiz iddia etdiyi Qarabağın dağlıq hissəsinə daxil olan ərazinin Azərbaycanın nəzarətinə keçməsi ilə “Artsax” və “Böyük Ermənistan” layihələrinin birgə “dəfninə” hazırlıq başladı;
Füzuli və Cəbrayıl istiqamətində yerləşən düşmən qüvvələrinin həm idarəetməsinin, həm də təchizatının həyata keçirilməsinin qarşısı alındı. Cənub istiqamətində yerləşən Ermənistan qoşunlarının ehtiyat silah-sursat anbarı Hadrutda yerləşirdi;
Hadrutun düşməndən təmizlənməsi erməni işğalçılarının cəbhənin digər istiqmətlərində müqavimətinin zəifləməsinə və digər ərazilərin həm daha az itki ilə, həm də daha yüksək hücum tempi ilə işğaldan azad edilməsinə şərait yaratdı.
Ədalət Verdiyev,
hərbi ekspert