Haiti Prezidenti sui-qəsd nəticəsində öldürüldübackend

Haiti Prezidentinə sui-qəsd olub.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə ölkənin keçid Baş naziri Klaude Cozep bildirib.

Onun sözlərinə görə, Prezident Xovenel Moisenin şəxsi iqamətgahına gecə saatlarında hücum olub və o güllələnib.

“Kimliyi hələlik müəyyənləşdirilməyən bir qrup şəxs gecə Prezidentin iqamətgahına hücum edib, bu şəxslərin bəziləri ispan dilində danışıb. Onlar Prezidenti güllələyiblər. Prezidentin həyat yoldaşı isə yaralanıb. Birinci xanım xəstəxanaya yerləşdirilib”, – deyə Baş nazirin bildirib.