Hakim Elçin Sadıqovla bağlı qərar verildibackend

Binəqədi Rayon Məhkəməsində vəkil Elçin Sadıqovun şikayətinə baxılıb.

“Yeni Gundem” xəbər verir ki, hakim Mahirə Muradovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Baş Prokurorluğunun istintaq idarəsinə qarşı telefonlarımın və kompüterin yaddaş kartının götürülməsi, açılması, məlumatların ələ keçirilməsi, telefonların və yaddaş kartının geri qaytarılmamasının qanunsuz hesab edilməsi barədə şikayətim təmin edilməyib.

“Prokurorluq bildirdi ki, Elçin Sadıqovun vəkillik fəaliyyəti ilə bağlı məlumatlara baxmayacağıq. Hakim də, dərhal buna “inandı”. Qərardan apelyasiya şikayəti verdim”,- vəkil qeyd edib.