Hakimləri təhqir etdiyi üçün ağır cəza aldıbackend

AFFA İntizam Komitəsi MOİK klubunun futbolçusu Elgün Bayramovu 4 oyunluq cəzalandırıb.

“Yeni Gündəm” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna 18 yaşlı qapıçının “Qaradağ Lökbatan”a qarşı I Divizionun VIII tur oyunundan sonra hakimlər briqadasını təhqir etməsi səbəb olub.
Ordu klubu bunun üçün 320 manat məbləğində cərimələnib.

Bundan əlavə, hər iki komandanın 4 oyunçusu görüşdə sarı vərəqə alıb. Tərəflər bu səbəbdən əlavə 80 manat ödəyəcəklər.

Qeyd edək ki, qarşılaşma “Qaradağ Lökbatan”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.