“Halal nemət” adı ilə kolbasa və sosis istehsal edən şirkət cərimələndibackend

“Səhliyalı” kiçik müəssisəsi barəsində cərimə protokolu yazılıb.

“Yeni Gundem” xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abçeron Rayon Məhkəməsinə göndərilib.

İş hakim Vaqif Həsənovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası iyunun 9-na təyin edilib.