“Hamı fikirləşirdi ki, Aytəkinlə vidalaşacağıq” – Murad Dadaşovbackend

“Biz “Xəzər”ə gələndə hamı nədənsə fikirləşirdi ki, Aytəkin xanımla vidalaşacağıq”.

OLAY yazır ki, bu sözləri Xəzər TV-nin rəhbəri, Xalq artist Murad Dadaşov söyləyib. O, kanalın Yeni il partisində səhnəyə çıxaraq aparıcı Aytəkin Mərdanovadan danışıb:

“Dedim ki, bir dəqiqə! Aytəkin xanımın verilişinə ailəlikcə sev-sevə baxırdıq. Çox maraqla baxırdım. Aytəkin sübut elədi ki, o, fərqli simadır. Ona şərait yarat, aləmi dağıdacaq. Aytəkinnin layihələri dillər əzbəridir. Öz ürəyi genişdir, özü çox böyük peşəkardır. İşimizdən, əməkdaşlığımızdan zövq alıram. İşini və işinə olan fədakarlığını sevirəm. Həmişə çiyin-çiyinə olaq”.

Qeyd edək ki, Aytəkin Mərdanova “Evdəkilərə salam”, “Bağ mövsümü” verilişlərinin aparıcısıdır.