Hamımızın adı NƏRMİNDİR !backend

ÜZÜMÜZƏ DƏYƏN SİLLƏ!

Görəsən çığıranda , kömək istəyəndə tanrı da duymadımı? Eşidən olsaydı illər öncə Xocalının iniltisin eşidərdi. Nərmin faciəsi isə daha dəhşətdi sanki… Qohum, qonşu, ya da hansısa bir kənd sakini – bu alcaqlığı bir azərbaycanlı edib çünki…. ((

Ölüm hökmü belə azdır sənə ya da sizə. O ağrını duyaraq ölməlidi belə qatillər!

içində vicdan hissi olan hər insan öz dərdi, faciəsi kimi duyur bunu bilirəm. Bilirəm ki , anan, atan da səninlə birlikdə yanıblar amma onların atəşi heç sönməyəcək Nərmin… Torpağın üzü soyuq olsa belə qəlblərində bir köz kimi yaşayacaqsan.

Bu hadisə həm də hər birimizə , hər valideyinə bir şillə idi. Daha ayıq , daha sayıq olmağımızı bizə göstərdi. Qorxu, güvənsizlik saldı ürəyimizə

…və mən o kəndi qınayıram ! 50 gün ərzində heçmi xəbər tutmadınız?! Niyə bu qədər laqeyid oldunuz ? Halbuki kənddə biri digərinə qaşını çatsa yüz xəbər çıxar. Halbuki siz biz şəhərlilərdən daha həsassınız axı. Bir birinizə əl tutansız axı. Noldu o boyda kəndin közü-könlü kormu oldu. ((

…və bəzi analar, oğullarınıza KİŞİLİK öyrətmək istəyirsinizsə əvvəlcə onlara insanlıq aşılayın. Qızlarınıza dırnaqarası baxmayın! Onlara daha həssas və diqqətçil olun. Buyruqqulu deyil qızlarımız. Öz işinin arxasıyca özün getsəydin indi o pencəyi əyninə kəfən etməzdin atası…. !

#nerminucunsusma

Bəhruz Niftəliyev