Hansı təqaüdlər artırılır?backend

Yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında “sərəncam imzalayıb.Sərəncama əsasən ,sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.Təklif və artımlarda tələbə təqaüdləri nəzərə alınacaqmı?

Mövzu ilə bağlı “Yeni Gundem”-ə danışan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirdiki, əksər sosial müavinətlər və təqaüdlərlə bağlı artımlar olacaq.

“Azərbaycan Respublikasının Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılmasına dair” 5 yanvar 2023-cü ildə imzaladığı sərəncama əsasən sosial müavinətlərin və təqaüdlərin artırılmasıda nəzərdə tutulur.Həmin istiqamətdə təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə sərəncamla 10 gün müddətində vaxt verilib.Bu o deməkdir ki,Nazirlər Kabineti yanvarın 15-dək sosial müavinətlərin, təqaüdlərin neçə faiz artımı ilə bağlı təkliflər cənab Prezidentə təqdim olunacaq.Təbii ki,həmin təkliflər təqdim olunduqdan sonra sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı qərar qəbul ediləcək.Hələlik, Nazirlər Kabineti tərəfindən qiymətləndirmə aparılır.Qiymətləndirmə nəticəsində artımın istiqamətləri müəyyən ediləcək .Gözlənti bundan ibarətdir ki,əksər sosial müavinətlər və təqaüdlərlə bağlı artımlar olacaq.2023-cü ildə sosial rifahın gücləndirilməsi prioritetdir.İlin ilk günlərində cənab Prezident əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində imzaladığı sərəncam bir daha onu göstərir ki,2023-cü ildədə sosial istiqamətədə xüsusi diqqət göstəriləcək.”

Fərahim RƏHİMOV