Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti açıqlandıbackend

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb (14.01.22, saat 10:00).

AAYDA-dan verilən məlumata görə, “ZƏFƏR” yolunun Xocavənd (Tuğ kəndi) – Şuşa şəhərinə qədər güclü qar yağır, qarın qalınlığı 5-10 sm təşkil edir, 3-8 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür.

Toğanalı-Kəlbəcər-İstisu: yolun Murovdağdan keçən hissəsinə güclü qar yağır, şaxta 12-20 dərəcə təşkil edir. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi: Siyəzən və Şabran rayonları ərazisində sulu qar, Quba və Qusar rayonları ərazisində zəif qar yağır, 4-5 şaxta var. Xınalıq yolunda zəif qar yağır, 10-11 dərəcə şaxta var. Hazırda yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunub.

Giləzi – Xızı – Xızı rayonu ərazisində zəif qar yağır, 4-5 dərəcə şaxta var. yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı – Qobustan -Yolun Abşeron və Qobustan rayonları ərazisinə düşən hissəsinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Abşeron və Qobustan rayonları ərazisində 4-5 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.

Qobustan – Şamaxı – Muğanlı: güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. 1-2 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Muğanlı – Ağsu – Yevlax: yolun Muğanlı-Ağsu hissəsinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. 1-2 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Muğanlı – İsmayıllı: güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Şaxta 2-3 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

İsmayıllı – Qəbələ – Oğuz- Şəki: yolun İsmayıllı və Qəbələ rayonları ərazisinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Şaxta 2-3 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Oğuz və Şəki rayonları ərazisində yağıntı yoxdur.

Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax – Şəki (Göybulaq): yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir – Gədəbəy: səhər saatlarında 5-6 sm qar yağıb, hazırda yağıntı yoxdur. Yol qardan təmizlənib, qum-duz səpilib. Şaxta 10-12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə – Daşkəsən – Xoşbulaq: Daşkəsən rayonu ərazisinə güclü qar yağır, 8-9 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi: marşrut boyu yağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran – Lerik: Lənkəran rayonu ərazisində yağış, Lerik rayonu ərazisində güclü qar yağır. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Bakı – Ələt – Hacıqabul: yolun Bakı-Hacıqabul hissəsinə qar yağır, yolda qar yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Ucar – Yevlax: yağıntı yoxdur, hava küləklidir, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax – Gəncə – Qazax – Gürcüstan Respublikası ilə dövlət sərhədi: yağıntı yoxdur, hava küləklidir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz: yağıntı yoxdur, hava tutqundur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.