Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQbackend

Bakıda güclü külək əsəcək.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə ETSN Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilir.

İyulun 14-ü axşamdan 15-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 10-15 m/s, arabir 18-20 m/s-dək güclənəcəyi gözlənilir.