Hazırda Azərbaycanın 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılırbackend

“Üçtərəfli Bəyanata uyğun olaraq, humanitar proseslər bundan sonra da davam edəcək. Dediyim kimi, döyüş bölgəsində qalmış hər iki tərəfə aid hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesi beynəlxalq vasitəçiliklə davam etdirilir”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov AZƏRTAC-a müsahibəsində deyib.

“Bundan başqa, hazırda Azərbaycan Respublikasının beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır. Azərbaycan həmin vətəndaşlarının da azad edilərək qaytarılmasını Ermənistandan tələb edir”, – deyə o vurğulayıb.