“Hazırda bəzi reallıqlar var”-Peskovbackend

Danışıqlar prosesi ilə bağlı Ukraynadan heç bir reaksiya ala bilmədik.

“Yeni Gundem” TASS-a istinadən xəbər verir ki,bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki,hazırda Rusiyada bəzi reallıqlar var, yeni torpaqlar yaranıb.

“Bunlar çox mühüm faktlardır. Həmçinin müəyyən məqsədlərimiz də var. Rusiya xüsusi hərbi əməliyyat zamanı buna nail olub. Ukrayna əlverişli vəziyyəti və müvafiq münasibətləri nəzərə almalıdır. Bu məsələləri danışıqlar masası arxasında müzakirə etməlidir”-deyə o qeyd edib.

Fərahim Rəhimov