Həbs edilən generalın oğlu danışdıbackend

Mövlam Şıxəliyevin oğlu atasının həbsindən danışdı

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyevin həbsi barədə xəbər yayılıb.

“Yeni Gündəm” xəbər verir ki, generalın oğlu Elgün Şıxəliyevlə əlaqə saxlanılıb.

Atasının həbsini təsdiq edən Elgün Şıxəliyev bildirib ki, həbsin səbəbləri ona da bəlli deyil: “Mən evdəyəm. Niyə həbs olunduğunu bilmirəm“.

Qeyd edək ki, Mövlam Şıxəliyev sabiq MTN şefi Eldar Mahmudovun əsas adamlarından biridir. Bir sıra cinayətlərdə əsas adamlardan biri olsa da, bu günə qədər azadlıqda qala bilmişdi.gununsesi.info