Həbsxanaya poçt vasitəsilə narkotik keçirilməsinin qarşısı alındıbackend

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Həbsxanaya və 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Bu barədə “Yeni Gündəm” -ə Xidmətdən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 32.5; 206.3.2; 234.4.1; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Qobustan həbsxanasında cəza çəkən məhkum Vüqar Müzəffər oğlu Məmmədova vətəndaş Fərid Xalid oğlu Məmmədov tərəfindən poçt vasitəsilə göndərilən sovqata baxış keçirilən zaman orada olan 4 ədəd qəndin içərisində xüsusi üsulla gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 0,361 qram olan psixotrop maddə – metamfetamin və ümumi çəkisi 0,653 qram olan heroin aşkar edilib.