“Heç kəsə, heç bir borcum və heç kəsin qarşısında bir məsulliyətim yoxdur” – Aparıcıbackend

“Atasız böyüdüyüm üçün siz mənə borclusunuz”

Nyu Yorkda yaşayan Azərbaycanlı aparıcı Günel Hümbətova “Facebook” səhifəsində paylaşım edərək şəhid övladı kimi cəmiyyətin onun üzərinə yük qoyulduğunu iddia edib.

O, qeyd edib ki, vətən uğrunda şəhid olan oğulların ailələri, övladları unudulmağa məhkum deyil:

“Çox qorxuram ki, şəhidlərimiz sonra heç yadınıza da düşməyə. Bunu ironiya ilə demirəm. Hər kəsin başı öz qayğılarına, həyatına qarışacaq. Bu da sizə adiləşəcək. Bunu şəhid ailəsində böyüyən biri kimi deyirəm. Uşaqlıqdan heç kəsdən heç bir dəstək görməmişəm. Çox şükür, buna ehtiyacımız da olmayıb. Böyüyəndən sonra da atamın adından heç vaxt sui istifadə edib imtiyazlar qazanmamışam, nəsə əldə etməmişəm. Bunu bilmək özü dünyalara dəyər”.

G.Hümbətova şəhid övladlarının öhdəliklərinə də toxunub:

“Hər bayramda birinci şəhidləri yad edin, ailələrinə, övladlarına baş çəkin. Onlar tək olmadıqlarını hiss etsinlər. İnanın, mənəvi dəstəyə daha çox ehtiyacları olacaq. Asan deyil, can parçaları torpaq uğrunda qurban gedib. Bir də, şəhid övladlarının boyunlarına “yük” yığmayın! “Sən Şəhid övladısan, belə geyinməlisən, helə davranmalısan” və s kimi tələblərdə bulunmayın! Birinci özünüz toplum olaraq şəhidlərə layiq olmağa çalışın! Bunu övladlarınıza da aşılayın. Sizin onların üzərində inanın heç bir haqqınız yoxdur. Onların sizin üzərinizdə haqqları var. Atasız böyüdüyüm üçün siz mənə borclusunuz. Mənim heç kəsə, heç bir borcum və heç kəsin qarşısında bir məsulliyətim yoxdur”.