“Heç kim bizdən dövlətimizdən əl çəkməyimizi gözləməsin” – Ersin Tatarbackend

Heç kim bizdən dövlətimizdən əl çəkməyimizi, Quzey Kıbrıs Türk Cümhuriyyətini qurban verməyimizi gözləməsin və heç kim bizi Cənubi Kipr Cümhuriyyətinə konstitusiya dəyişikliyi ilə yamaq etməyə çalışmasın.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib.

“Biz belə bir şeyi qəbul etməyəcəyik. Əgər onlar bizim suverenliyimizi, müstəqilliyimizi qəbul etməsələr, belə bir müqavilədə imzamız olmayacaq.

Türkiyənin Şərqi Aralıq dənizində hüquqlarını təmin edən, eyni zamanda, suverenlik, bərabərlik və müstəqilliyə əsaslanan bir razılaşma olarsa, bu halda masaya oturarıq. Əks halda, heç bir müqavilə imzalamayacağıq”, – Tatar bildirib.