Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Zaporojye Atom Elektrik Stansiyasında (AES) terror aktının qarşısının alındığını açıqlayıb.
“Yeni Gundem” bu barədə TASS-a istinadən xəbər verir.
Patruşev vurğulayıb ki, Ukrayna qoşunları Zaporojye AES-i atəşə tutmaqda davam edir və bu, qlobal fəlakətə gətirib çıxara bilər: “Təəssüflər olsun ki, heç kim Ukrayna qoşunlarının Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutmasından danışmır, media isə ajiotaj yaradır, buna görə Rusiyanı günahlandırır”.