Həftar Rusiya və Türkiyənin atəşkəs çağırışını qəbul etmədibackend

Liviyanın şərqindəki silahlı qüvvələrə rəhbərlik edən sabiq general Xəlifə Həftar Türkiyə və Rusiyanın atəşkəs çağırışını qəbul etməyib.

“Yeni Gündem” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Həftarın rəhbərlik etdiyi “Liviya Milli Ordusu”nun sözçüsü Əhməd əl-Mismari bildirib. Sosial şəbəkədə açıqlama yayan Mismari bundan sonra da hərbi əməliyyatların davam etdiriləcəyini yazıb:

“Atəşkəs çağırışını məmnuniyyətlə qarşılayırıq. Ancaq Tripolini ələ keçirən və bəzi ölkələr tərəfindən dəstəklənən terror təşkilatlarına qarşı mübarizəmiz axıradək davam edəcək”.