“Həkim gəlmir, deyirlər, növbədir, gözləyin 3 günün” – Koronavirusa yoluxan əməkdar artistbackend

Əməkdar artist Səbinə Babayeva koronavirusa yoluxub.

“Yeni Gündəm” xəbər verir ki, bu haqda müğənni özü məlumat verib.

S.Babayeva təcili tibbi yardımdan heç bir köməklik edilmədiyini deyib: “Həqiqəti dediyimə görə, kobud formada irad tutdular. Minlərlə insan bu dərdlə üz-üzə qalıb, hətta körpələrin yanına gəlmirsiz, deyirsiz, növbədir, gözləyin 3 gün! Şükür Allahıma, biz yüngül keçiririk və özümüzü başqa həkimlərin məsləhətləri ilə sağaldırıq. Yoxsa nə uşaq sahə həkimi, nə özüm üçün sahə həkimi, nə də 103 gəldi bizim yanımıza… Allahadır ümidimiz”.