Həkim olmaq istəyənlərin nəzərinəbackend

Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən bu gün hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilir.

DİM-dən “Yeni Gündəm”-ə verilən məlumata görə, imtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında təşkil olunur.

Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunacaq.