Həlak olan mülki şəxslərin sayı AÇIQLANDIbackend

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb. Bundan başqa, 398 mülki obyekt, 2174 yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.