“Hələ də karantin rejiminə əməl etməyənlər var” – Deputatbackend
Gəncə şəhər ərazisində olan bütün qurumların koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılmış xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyri-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsinə operativ qərargah birbaşa nəzarət edir.
Həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu pandemiya ilə bağlı maarifləndirmə tədbirlərinə rəhbərlik edərək şəhər sakinləri ilə görüşüb və onlara özünütəcrid tədbirlərinə uyğun davranmaları mövzusunda tovsiyyələr verib.
Bu sözləri deputat Müşviq Cəfərov AZXEBER.COM-a verdiyi açıqlamasında söyləyib.
O bildirib ki ,Yeni Azərbaycan Partiyasının könüllüləri Prezident İlham Əliyevin çağırışına əsasən,karantin rejimi ilə əlaqədar olaraq yaşı 65 –i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara yardım paylayaraq onlara sosial xidmətlər göstərir həmçinin insanlara ərzaq yardımı ilə yanaşı dezinfeksiyaedici və qoruyucu tibbi vasitələr çatdırıblar.
Əfsuslar olsun görülən bu tədbirlərə baxmayaraq hələdə küçədə gəzən çoxlu saylı insanlarla yanaşı, bəzi sahibkarlar polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərə baxmayaraq fəaliyyətlərini davam etdirməyə çalışırlar.
Buna baxmayaraq xüsusi karantin rejiminin tələblərinə əməl olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində həm xidməti avtobillərlə şəhər əhalisinə səslənərək həm də fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayyət etməyə dəvət edirlər.
Bununla yanaşı Gəncənin mərkəzi prospekt və küçələri, kommunal texnikalar habelə 860 çoxmənzilli binalar dezinfeksiya edilib və bu işlər hazırda da davam etdirilir. Şəhərdəki bütün ali, orta ixtisas və orta məktəblərdə, eləcə də ictimai iaşə obyektlərində qabaqlayıcı tədbirlər görülüb.
Gəncə şəhərindən seçilmiş millət vəkillərindən Naqif Həmzəyev, Pərvin Kərimzadə və Müşviq Cəfərov Gəncə şəhər rəhbərliyinin apardığı maarifləndirmə işlərinə qoşularaq, şəhərdə fəaliyyət göstərən böyük həcmli ərzaq dükanlarına baş çəkdilər şəhər sakinlərinə o cümlədən market sahiblərinə öz tövsiyyələrini verdilər.Bu gündən etibarən bu tədbirlər mütəmadi olaraq davam edəcək.
Hesab edirəm ki, xalqımız möhtərəm cənab Prezidentimizin #Bizbirlikdəgüclüyük şüarına səs verərək hər bir vətəndaşımızın yerinə yetirməli olduğu sanitar epidemioloji normalara riayət edəcək və ‘’Evdə Qal’’ kampaniyasına qoşulacaqlar.