“Hələ onlarla erməni əsgərinin meyiti Qarabağda qalıb“backend

“Azərbaycan tərəfi ikinci Qarabağ müharibəsində həlak olmuş 30 erməni hərbçinin meyitini Ermənistana təhvil verib. Fikrimizcə, hələ onlarla meyit müharibə baş vermiş Qarabağ ərazilərindədir. Axtarışlar davam edir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu erməni KİV-ə Ermənistan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Unan Tadevosyan deyib.

Qeyd olunur ki, noyabrın 13-dən indiyədək 1 281 erməni əsgərin cəsədləri və qalıqları tapılıb.