Helikepter qəzaya uğradı: 8 nəfər öldü – ANBAAN VİDEObackend
Gürcüstanda Tetri Araqvi vadisində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində göyərtədə olan 8 nəfər ölüb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib.
Nazir həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

O, qəzanın səbəbinin müəyyən edilməsi üçün ekspertizanın aparılacağını bildirib.
Qeyd edək ki, həlak olanların 4-ü ekipaj üzvü, digər 4-ü isə xilasedici və tibb işçiləridir.