HƏMAS ABŞ-ın sonrakı planlarına reaksiya verdibackend

“Yalnız fələstinlilərin öz daxili işlərini tənzimləmək hüququ var, başqa heç kimin isə onların taleyini, gələcəyini və maraqlarını təyin etmək hüququ yoxdur”, – HƏMAS bildirib.

Fələstindəki İslami Müqavimət Hərəkatı HƏMAS Qəzzaya terror hücumlarının sona çatmasından sonra Qəzza zolağının idarə olunması ilə bağlı Ağ Evin “beynəlxalq və regional danışıqlarla bağlı bəyanatlarına” reaksiya verib.

Sözügedən bəyanatları “təkəbbürlü və qəbuledilməz” adlandıran HƏMAS qeyd edib ki, azad Fələstin xalqı heç bir qəyyumluğu qəbul edə bilməz.

HƏMAS-ın bəyanatında belə deyilir:

“Biz açıq şəkildə bəyan edirik ki, Birləşmiş Ştatların Qəzza zolağına müdaxilə etməsi, istənilən açıq cəhdi tamamilə rədd ediləcək və Fələstin xalqımız bütün mümkün vasitələrlə, o cümlədən güc tətbiq etməklə bu cəhdə qarşı çıxacaq.

Yalnız fələstinlilərin öz daxili işlərini tənzimləmək hüququ var, başqa heç kimin isə onların taleyini, gələcəyini və maraqlarını təyin etmək hüququ yoxdur.

Amerikanın bu pis niyyətli bəyanatları və planları xəyaldan başqa bir şey deyil və bizim böyük Fələstin xalqımız və onun cəsur müqaviməti bu faşist işğalını dəf edəcək və hazırkı müharibədə onu məğlub edəcək.

Xalqımız ayrılmaz hüquqlarını bərpa edənə və paytaxtı Qüds olan müstəqil Fələstin dövlətini qurana qədər mübarizəsini davam etdirəcək”.

Mənbə: İLKHA

Aynur Camal