“Həmas” Fələstin sakinlərini üsyan etməyə çağırıbbackend

Bakı. 8 dekabr. YENIGUNDEM.AZ/ Fələstinin “Həmas” hərəkatının lideri İsmayıl Haniyə yeni üsyanın başlanmasına çağırıb.

“Yenigundəm” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“Biz bütün azad Fələstin sakinlərini cümə günü – “qəzəb günü” küçələrə çıxmağa və yeni üsyanın başlandığını elan etməyə çağırırıq”, – deyə o bildirib.

REPORT.AZ