“Həmin ökələrin polisindən kömək gözləmək düzgün deyil“ – AÇIQLAMAbackend

Azərbaycan sərhədlərində ermənilər tərəfindən törədilmiş sonuncu təxribat əslində böyük və planlaşdırılmış oyunun görünən tərəfi idi, Pelosinin Ermənistana səfər etməsi, Azərbaycanın bəzi xarici ölkələrdə yerləşən səfirliklərinə erməni diasporu tərəfindən edilən hücumlar bizə qarşı növbəti təxribat kimi dəyərləndirilməlidir.

Bu sözləri Yeni Gundem”-e açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili səfirliklərimizə edilən hücumların planlı şəkildə olduğunu vurğuladı. O eyni zamanda erməni lobbisinin güclü olduğu ölkələrdə səfirliklərmiz qarşısında nəzarətin gücləndirilməsinin  lazımı olduğunda qeyd etdi.

“Böyük ehtimal ki, bu təxribat və bu təxribat fonunda Ermənistana dəstək, erməni lobbisinin fəallığı əvvəl törədilmiş təxribatların davamı kimi görsənəcəkdir. Bu cür hücumlar bir daha onu göstərir ki, dünyada ikili standartlar mövcuddur. Erməni diasporasının çoxluq təşkil etdiyi ölkələrdə, səfirliklərimizin təhlükəsizliyini qorumaq üçün xüsusi mühafizə xidmətindən istifadə etmək lazımdır. Çünki həmin ölkələrin polisindən, ya digər müvafiq aidiyyati oraqlanlarından kömək gözləmək düzgün deyil. Bunlar planlaşdırılmış şəkildə edilir. Buna görə ayığ-sayığ olmalıyıq. Unutmamalıyıq ki, qələbəmizi həzm edə bilməyən həm daxili, həmdə xarici qüvvələr var”

Fərahim RƏHİMOV

Yenigundem.az