Həmkarı ilə dalaşan müxalif deputata ittiham irəli sürüldübackend

Ermənistanın müxalif “Hayastan” fraksiyasının üzvü Mher Saakyana qarşı ittiham irəli sürülüb.

Bu barədə ölkənin İstintaq Komitəsindən bildirilib.

Qeyd edək ki, Ermənistanın Baş prokuroru Mher Saakyan barədə cinayət işinin başlanması ilə bağlı parlamentə vəsatət təqdim edib və parlamentin iclasında 65 deputat vəsatətin lehinə səs verib.

Xatırladaq ki, martın 31-də Saakyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

Buna səbəb kimi parlamentin həmin gün keçirilmiş iclasına az qalmış Saakyan və “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vladimir Vardanyan arasında dava göstərilib. Həmin dava nəticəsində Vardanyana bədən xəsarətləri yetirilib./APA