Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdırbackend

Mən azərbaycanlıyam!

Bu cümləni demək mənə qürur hissi verir. Tarixən hər bir xalq azad olmağa, heç bir kəsdən asılı olmamağa çalışmışdır. Azadlığı əldə etmək isə elə də asan deyil. Azadlıq çoxlu itkilər, çoxlu qanlar hesabına qazanılır. Doğrudan da sevindirici haldır ki, xarici təsirlərin olmasına baxmayaraq  Azərbaycan xalqı öz dinini, dilini, mənəviyyatını qoruyub saxlamışdır.

XX əsrdə Şərqdə ilk müstəqil respublika olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Çox əzab-əziyyətin çəkməmizə baxmayaraq 23 ay sonra bu Cümhuriyyət dağıdıldı. Lakin birliyimizi itirmədik. 1991-ci ildə yenidən əl-ələ verərək müstəqilliyimizi bərpa etdik və Azərbaycan Respublikasını qurduq.  Müstəqilliyimizin qazanılmasında dərindən iştirak edən şəxslərdən biri də Heydər Əliyev idi. O hakimiyyətə gəldikdən sonra xalqın dirçəliçi, sənayenin sahələrinin inkişafı üçün əlindən gələni əsirgəmədi. H.Əliyev həmişə deyərdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.”

Mən də bu gün fəxr edirəm ki, müstəqil və qüdrətli, bütün dünyada tanınan, bütün dünyaya səs salan Azərbaycan Respublikasının müstəqil vətəndaşıyam. Bu gün hər bir Azərbaycan vətəndaşı müstəqil Respublikamızla fəxr etməlidir.

Fəxr olunası hallardan biri də öz vətəndaşlığımızdı. Belə diyarın vətəndaşı olduğum üçün qürur duyuram. Biz bu ifadəni “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kimi də vurğulaya bilərik.
“Azərbaycan”. Bəli, bu ad “Vətəndir”. Sənin, mənim və gələcək nəsillərin. Mənə görə ana və Vətən eyni anlayışlardır. “Vətən” sözünün mənası nə qədər müqəddəsdirsə, biz onu ana bilirik. Azərbaycanın keşməkeşli, daşlı-kəsəkli, enişli-yoxuşlu keçmişi olub. Belə bir ifadə var: “Fəlakətlərin səbəbi iki şeydən baş verir. Birincisi, gözəllik; ikincisi sərvət”. Bu cəhətlərin ikisi də Azərbaycanda var.  Tanrı bizə zəngin coğrafi torpaqlar bəxş edib. Bizim Azərbaycan Respublikası dünya xəritəsində çox kiçik əraziyə malikdir. Ancaq mən “bütöv Azərbaycan”ımızı sevirəm. Ərazisi şimaldan Dərbənd keçidi, cənubdan Urmiya gölü, qərbdən isə İrəvan torpağı, yəni, indiki Ermənistan ərazisi daxil olmaqla qəlbi parçalanmış Azərbaycanımızı! Bəli, bu həmin parçalanmış Azərbaycandır ki, Şəhriyarın könlünü Vətən həsrətiylə qan etmişdi. Onun “Azərbaycan” şeiri insanların dilində himnə, azadlıq nəğməsinə çevrilib.

Bu gün mən müstəqil bir dövlətdə yaşayıramsa, bunu kimlərəsə borcluyam. Təbii ki, bu “kimlər” Mübarizlər, Samidlər, Çingizlər, Eminlərdir. Mən xoşbəxtəm ki, Azərbaycan adlı diyarda doğulmuşam və yaşayıram!

Niftiyeva Günel, Azərbaycan Dövlət Pedaqoji Universiteti