“Hər gün uşaq dərsə gedəndə məktəb uçacaq deyə qorxuruq” – Fotolarbackend

Şəki şəhəri Cəyirli kənd sakinləri orta məktəb qəzalı vəziyyətdə olduğu üçün redaksiyamıza müraciət edib.

Onlar şikayətində bildiriblər ki, məktəbin divarları çatlayıb, tavanı isə uçmaq təhlükəsi altındadır: “Valideyn olaraq çox narahatıq. Hər gün uşağı məktəbə göndərəndə uçacaq deyə qorxuruq”.

Təhsil Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, sözügedən Şəki rayonu Cəyirli kənd tam orta məktəbinin əsaslı təmir ya tikinti məsələsinə növbəti illərin Dövlət İnvestisiya Proqramlarında baxılacaq.

Günel Hacı