Hər iki gözünü itirən qazinin atası vəfat etdibackend

44 günlük Vətən müharibəsi qazisi İsmayıl Hüseynova ağır itki üz verib.

“Yeni Gündəm” xəbər verir ki, onun atası Məhəmməd Hüseynov ötən gün dünyasını dəyişib.

İ. Hüseynov saytımıza bildirib ki, atasının beynində şiş olub: “Bu səbəbdən də dünyasını dəyişib. Hələ ki, dəfn edilməyib. Atam 1964-cü il təvəllüdlü idi”.

Qeyd edək ki, müharibədə qazimiz İ. Hüseynov hər iki gözünü itirib. O, Cəlilabad şəhərində yaşayır.Qafqazinfo