Hər iki valideynini itirən 7 şəhid övladının adına depozit hesabı açılıbbackend

Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 417, itkin ailə üzvlərinin 7 və yaralıların 5 791 müraciəti olmaqla ümumilikdə 10 215 müraciət təmin edilib.

Bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb.

“Hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb” – deyə o qeyd edib.