“Hər kəs görə bildi ki, onlar hansı əşyaları özləri üçün əziz bilib tələm-tələsik çıxartmağa nail olmuşdular”backend

“Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur və mən həmin rəqəmləri səsləndirmişdim”.

“Yeni Gündəm: xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbulu zamanı deyib.

Dövlət başçısı bildirib ki, əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilib: “Biz bunu peyk vasitəsilə müşahidə edirdik. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Yəni, bu, faktiki olaraq vəhşilik və talançılıqdır. Ermənistanın işğal dövründə çirkin əməllərini təsvir etmək üçün, hesab edirəm ki, bu iki ifadə ön planda olmalıdır – vəhşilik və talançılıq. Zəngilanda da bu mənfur işlər görülmüşdür və bunun nəticəsində təbiətə çox böyük ziyan vurulmuşdur.

Hər kəs yaxşı bilir ki, Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub – Bəsitçay təbiət qoruğu. O Bəsitçay təbiət qoruğunun böyük hissəsi məhv edilib və mən Zəngilanda olarkən o kəsilmiş ağacların kötüklərini görmüşəm və eyni zamanda, yandırılmış ağacları da görmüşəm. Eyni çirkin əməlləri onlar Kəlbəcər və Laçın rayonlarında müharibədən dərhal sonra etmişdilər. Onlara möhlət verilmişdi o ərazilərdən çıxmaq üçün, iyirmi gün vaxt verilmişdi. O günləri onlar yenə də bəd əməllər üçün istifadə etmişdilər. Onlara məxsus olmayan, azərbaycanlıların tikdirdikləri və onların qanunsuz yaşadıqları evləri məhv etmiş, yandırmış, ağacları kəsmiş, yandırmışlar. Bütün əşyaları ya məhv etmiş, ya da ki, söküb aparmışlar. Bu biabırçı kadrlar xarici kanallar vasitəsilə də görüntüləndi və hər kəs görə bildi ki, onlar hansı əşyaları özləri üçün əziz bilib tələm-tələsik çıxartmağa nail olmuşdular.

Amma, eyni zamanda, ağacları kəsib yandırmışdılar. Biz Bəsitçay təbiət qoruğunun bərpasına başladıq. Mən tarixi Zəfərdən sonra ilk dəfə Zəngilanda olanda orada ağaclar əkmişəm. Göstəriş verilib və təbii ki, biz Bəsitçay təbiət qoruğunu bərpa edəcəyik. Amma, buna, əlbəttə ki, çox vaxt lazım olacaq”.