Hər kəsin əməyi Prezident tərəfindən layiqincə qiymətləndirilir – Ülviyyə Həmzəyevabackend

“Ümumiyyətlə dövlətimizin inkişafı və tərəqqisi üçün öz sahəsində peşəkarcasına fəaliyyət göstərən, xalq və dövlət qarşısında xidmətləri olan hər kəsin əməyi dövlətimiz və onun Ali Rəhbəri olan cənab Prezident İlham Əliyev tərəfindən hər zaman layiqincə qiymətləndirilib”.

Bu sözləri açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, elə bir fəaliyyət sahəsi yoxdur ki, dövlət başçısı qayğısından kənarda qalsın: “Bura təkcə şöhrət ordeni ilə təltif olunmalar yox, ümumiyyətlə hər il görkəmli mədəniyyət, incəsənət, ədəbiyyat, idman, siyasi xadimlərə verilən müxtəlif dövlət mükafatları, ali ordenlər, fəxri adları, onların yubileylərinin keçirilməsi haqqında ölkə başçısının imzaldığı yüzlərlə sərəncamı misal göstərmək olar.

Dövlətimiz və onun Ali Rəhbəri Prezident İlham Əliyev tərəfindən verilən bu dövlət mükafatları bütün fəaliyyət sahələrində çalışan insanları ruhlandırır, onları yeni nailiyyətlərə can atmağa, yeni uğurlar qazanmağa, dövlətimizə və xalqımıza xidmətdə daha da böyük nailiyyətlər əldə etməyə stimul verir. Ölkə Prezidentinin bu sahədə qayğısı onu göstərir ki, heç kəs unudulmur.SİA