Hər kəsin sevimlisi olan məşhur Reper HƏBS OLUNDUbackend

Təcavüz iddialarına görə ittiham olunan k-pop ulduzu Kris Vu 13 il müddətinə həbs olunub.

“Yeni Gundem” xəbər verir ki, həmçinin, ifaçının Çindən deportasiya olunması ilə bağlı qərar qəbul edilib. Bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, ona qarşı bir neçə qadın iddia irəli sürüb. Qadınların sözlərinə görə, reper onları evinəçağırıb, spirtli içki verərək, cinsi əlaqəyə məcbur edib. Həmin şəxslər arasında azyaşlı qızların da olduğu vurğulanıb.

Bundan əlavə, Pekin Ali Xalq Məhkəməsi Krisi qrup zorlamalarının təşkilində təqsirli bilib. Çində 13 il həbs müddəti başa çatdıqdan sonra isə Kris ikinci vətəndaşlığına uyğun olaraq Kanadaya deportasiya ediləcək.

Həmçinin, ölkənin vergi bürosunun məlumatına görə, reper şəxsi gəlirlərini gizlətmək və vergi ilə bağlı digər qanun pozuntularına görə 600 milyon yuan cərimə edilib.

Qeyd edək ki, o, ötən ilin avqustunda zorlama iddialarından sonra həbs edilib.