Hərbçilərin müalicələrinin təşkili ilə bağlı çatışmazlıq aşkarlanmayıb – Ombudsman Aparatıbackend

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Anım Günü ərəfəsində Ombudsman Aparatının əməkdaşları Ermənistanın cari ilin 12-14 sentyabr tarixlərində törətdiyi hərbi təxribatın qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçularımıza baş çəkiblər. Əvvəlcə şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

Ombudsman Aparatından verilən məlumata görə, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçulara Ombudsmanın adından şəfa diləkləri çatdırılıb, onların fikirləri dinlənilib.

Ombudsmanın nümayəndələri görüş zamanı hərbi qulluqçuların sağlamlıq vəziyyəti ilə maraqlanıblar. Hərbi qulluqçuların müayinə və müalicələrinin təşkili ilə bağlı hər hansı bir çatışmazlıq aşkar olunmayıb.

Görüşdə hərbi qulluqçulara müalicə və ya digər məsələlərlə bağlı problem olduğu halda Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət edə biləcəkləri bildirilib.