Hərbçiyə “şap-şaplarım qalıb, götürə bilərsən” deyib ələ salan şəxs saxlanıldı – VİDEObackend

Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb.

Bu barədə “Yeni Gündəm”-ə Bakı şəhər BPİ Mətbuat Xidmətindən məlumat veriliib.

Məlumata görə, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ RPİ 10-cu Polis Bölməsinə dəvət olunaraq, onun barəsində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq, onun əməlinə hüquqi qiymət veriləcəkdir.