Hərbi helikopter qəzaya uğradı: Ölənlər var — FOTObackend

Rusiyanın Çukotka Muxtar Dairəsində yerləşən “Uqolnıye kopi” hava limanında hərbi helikopter qəzaya uğrayıb.

“Yeni Gündəm”in oxu.az-a istinadən verdiyi məlumata görə, hava gəmisinin göyərtəsində dörd nəfər olub.

Helikopter yerin səthinə dəydikdən sonra alışıb. Heyət üzvlərinin hamısı həlak olub.

Qəzaya texniki nasazlığın səbəb olduğu güman edilir.