Hərbi qulluqçuları maaşları atırılsın – TƏKLİFbackend

“Hazırda Ermənistanla müharibə şəraitindəyik və sülh müqaviləsi hələ də imzalanmayıb”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib.

V. İskəndərov Azərbaycanda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşlarının artırılmasını vacib sayıb: “Sülh müqaviləsi imzalansa belə, biz güclü ordu yaratmaq işini davam etdirməliyik. Onların maaşlarının ikiqat artırılmasına ehtiyac var, bu, onlar üçün stimul olar. Çünki biz gələcəkdə də güclü ordusu olan ölkə kimi tanınmalıyıq”.