Həştərxana uçan təyyarə məcburi Bakıya qayıtdıbackend

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.

“Yeni Gündem”in məlumatına görə, bu barədə “Buta Airways”in rəsmi “Facebook” səhifəsində yazılıb.

Yerli vaxtla saat 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.