Həyat yoldaşı da bir il öncə koronavirusdan ölüb, özü bilmirmişbackend

Bu gün Gəncə şəhərində yerləşdirildiyi xəstəxanada koronavirusdan vəfat edən Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin həyat yoldaşı da bir il öncə COVID-19 virusundan vəfat edibmiş.

N. Quliyev saxlanıldığı Gəncə İstintaq Təcridxanasında bir neçə gün öncə halı pisləşib və koronavirus əlamətləri özünü göstərib.

Dünən N. Quliyevin vəziyyəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib. Orada saturasiyası çox aşağı olub, bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Məlumata görə, N. Quliyevin həyat yoldaşı da təxminən bir il əvvəl koronavirusdan vəfat edib. Lakin onun ölüm xəbəri Nizaməddin Quliyevdən gizlədilib. N. Quliyev ölüm gününə kimi arvadının vəfatından xəbəri olmayıb.

Qafqazinfo