Həyat yoldaşını ağacla döyən kişi barəsində cinayət işi başlandıbackend

Bakıda qadının əri tərəfindən döyülməsi ilə bağlı cinayət işi başlanılıb.

“Yeni Gündəm”-in xəbərinə görə, paytaxtın Xəzər rayonunda qadının həyat yoldaşı tərəfindən mütamadi olaraq, döyülərək fiziki zorakılığa məruz qalması faktı ilə əlaqədar cinayət işi başlanıb.

Xəzər RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (Əzab vermə – Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə həyat yoldaşı tərəfindən şiddətə məruz qalan qadının fotoşəkilləri yayılmışdı. Onun əri tərəfindən ağacla döyüldüyü bildirilirdi.